Latın Amerikası liderləri təcili görüş keçirəcəklər
“Latın Amerikası ölkələrinin Vaşinqtondakı səfirliklərində böyük narahatlıq var. Deyəsən, biz 1897-ci ilə, Kuba və Filippini işğal edən ABŞ prezidenti Uilyam MakKinlinin (1897-1901) dövrünə qayıdırıq”, - mənbə qəzetə açıqlamasında deyib.
“FT”-nin məlumatına görə, sammiti Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinə rəhbərlik edən Honduras prezidenti Siomara Kastro çağırır. Bunu Vaşinqtonun təzyiqi altında ABŞ-dən deportasiya olunmuş qeyri-qanuni mühacirləri daşıyan təyyarələrin qəbuluna razılıq verən Kolumbiya prezidenti Qustavo Petro tələb edib. Mövcud vəziyyətlə bağlı Kuba və Venesuela Petroya dəstək ifadə etsələr də, Braziliya və Meksika ictimai şərhlərdən çəkinib. Kastronun sözlərinə görə, sammitin mövzuları miqrasiya, ətraf mühit və regional birlik olacaq.
Qəzetin həmsöhbətləri diqqəti cəlb etmədən mövqeləri əlaqələndirmək və ictimai bəyanatlar verməzdən əvvəl atmosferin sakitləşməsini gözləmək istədiklərini vurğulayıblar.
- Petro Trampla işi necə aparmamağı öyrətdi. O, sosial şəbəkədə savaşa girdi, lakin mübarizəni davam etdirməyə imkanı yox idi”, – başqa bir diplomat qəzetlə söhbətində diqqətə çatdırıb.
Diplomatların və müşahidəçilərin firkincə, əvvəllər Latın Amerikasında sərmayə və ticarət əlaqələrini aqressiv şəkildə artıran Pekin, Trampın siyasətini Çinin region üçün daha etibarlı tərəfdaş olduğunu göstərmək fürsəti kimi qiymətləndirə bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: TYramp LatınAmerikası" Çin