Finlandiya əcnəbilərə tələbləri sərtləşdirir
“Hökumət proqramının məqsədi mühacirləri fin cəmiyyətinin qaydalarına riayət etməyə, işləməyə və dil öyrənməyə həvəsləndirməkdir. Uğurlu inteqrasiya daimi yaşayış icazəsi almaq üçün ilkin şərt olardı”, – Finlandiyanın Daxili İşlər naziri Mari Rantanen deyib.
Açıqlanan rəsmi məlumata görə, daimi yaşayışa icazənin verilməsi üçün tələb olunan ölkədə müvəqqəti yaşama müddətinin dörd ildən altı ilədək artırılması təklif edilir.
Daimi yaşayış icazəsi dörd illik müvəqqəti yaşayışdan sonra da verilə bilər, lakin bunun üçün bir sıra alternativ şərtləri yerinə yetirmək lazımdır: ərizəçinin illik gəliri ən azı 40 min avro olmalıdır; Finlandiyada tanınan ali təhsil dərəcəsi və ya ölkədə aspirantura təhsili almış və iki il iş təcrübəsi olmalıdır; ərizəçi Fin və ya İsveç dilini mükəmməl bilməli və üç illik iş təcrübəsinə malik olmalıdır.
Finlandiyanın Daxili İşlər nazirliyi, həmçinin cinayət cəzası olan şəxslərə qarşı da tələblərin sərtləşdirildiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Finlandiya əcnəbilər sərtləşmə