“Əlçatan metro” layihəsi üzrə rekord sayda sərnişinə xidmət göstərilib

“Əlçatan metro” layihəsi üzrə rekord sayda sərnişinə xidmət göstərilib
  28 Yanvar 2025    Oxunub:473
Ötən il “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsindən 1 310 sərnişin istifadə edib.
AzVision.az “Bakı Metropoliteni”nə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 43 % çoxdur.

Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş “Əlçatan metro” layihəsindən əlil arabası, əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar istifadə edə bilər.

AzVision.az



Teqlər: Metro  





Xəbər lenti