ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib
“Qazprom Neft” və “Surqutnefteqaz” törəmə şirkətləri ilə birlikdə ABŞ-nin sanksiyaların məruz qalıb.
Sanksiya siyahısına dəniz sığortası üzrə İnqosstrax və AlfaStrakhovanie də daxil edilib.
Amerika tərəfi həmçinin “Lukoyl”un həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova, “Başneft”in rəhbəri, “Zarubejneft”in rəhbəri Kudryaşov, “Qazprom Neft”in Moskva və Omsk neftayırma zavodlarına və “Surqutneftqaz”ın Kirişi neft emalı zavodlarına qarşı da sanksiyalar tətbiq edib.
Sanksiyalar, həmçinin Rusiya karbohidrogenlərinin daşınmasında iştirak edən və "Sovcomflot", "Rosneft" və "Qazprom Neft" ilə əlaqəli 100-ə yaxın gəmiyə şamil edilir.
AzVision.az
Teqlər: