Paşinyan Moskvadan bahalı hədiyyələrlə qayıdıb - "Joğovurd"

   Paşinyan Moskvadan bahalı hədiyyələrlə qayıdıb    - "Joğovurd"
  08 Yanvar 2025    Oxunub:531
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 13-də Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirakından sonra bahalı hədiyyələrə boğulub.
AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Paşinyanın yeni ildə ilk yumurtası - VİDEO
Məqalədə qeyd edilib ki, o, rusiyalı həmkarı Mixail Mişustindən 650 min dram dəyərində olan “Qış nağılı” servisi hədiyyə alıb. 6 nəfərlik bu qab-qacaq İmperator Farfor Zavodunun məşhur rəssamı Aleksey Vorobievski tərəfindən hazırlanıb.

"Onun əsərləri "Ermitaj"ın, Rus Muzeyinin və Kuskovo Dövlət Keramika Muzeyinin kolleksiyaları arasında saxlanılır. Paşinyanın özbəkistanlı həmkarı Abdulla Aripov isə baş nazirə 628 min dram dəyərində misdən olan və oyma ilə hazırlanmış “İçan-Kala” adlı hədiyyə verib", - nəşr yazıb.

Bundan başqa, Qırğızıstan hökumətinin başçısı Akılbek Japarov erməni həmkarına Ağrı dağının ətəyindəki monastırı əks etdirən rəsm əsərini hədiyyə edib. Rəsmin qiyməti 80 min dram təşkil edir.

Paşinyanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin hökumət başçılarına nələri hədiyyə etməsi barədə isə məlumat verilmir.

Yeri gəlmişkən, Paşinyan MDB və Avrasiya İqtisadi İttifaqı liderlərinin dekabrın sonunda Sankt-Peterburqda keçirilən növbəti görüşündə iştirak etməyib. O, sammitə videobağlantı vasitəsilə qatılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti