Polşanın müdafiə naziri: "Rusiya bizə hücum edə bilər"

      Polşanın müdafiə naziri:    "Rusiya bizə hücum edə bilər"
  10 Yanvar 2025    Oxunub:368
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış diqqət çəkən açıqlamalar verib.
Xarici KİV-in yaydığı məlumata görə, o, deyib ki, Rusiyanın Polşa ərazisinə hücumunu istisna etmir.

Polşa ballistik raket hazırlayır - "Business Insider"
Nazir hər kəsi ayıq-sayıq olmağa çağırıb. Çünki bir vaxtlar çoxları Ukraynada da genişmiqyaslı müharibəni mümkünsüz hesab edirdi. Kosinyak-Kamış iddia edib ki, Rusiya hazırda Avropada hibrid müharibə aparır.

“Hibrid müharibəsi çərçivəsində hücumlar artıq təkcə Polşada deyil, bütün Avropada baş verir. Müharibənin bu hissəsi çox təhlükəlidir. Gəlin onu qiymətləndirək. İnternetə yalan dolu informasiyalar "səpmək", faktları təhrif etmək, manipulyasiya etmək, sosial sabitliyi zəiflətmək - belə amillər təhlükəsizliyin sütunlarından birinin dağıdılmasıdır. Bu, Polşaya qarşı ciddi hücumdur", Polşanın müdafiə naziri gileylənib.

Nazir insanları istənilən ssenariyə hazırlaşmağa və daha ​​ağıllı olmağa çağırıb. Kosiniyak-Kamış Polşanın lazım gələrsə Baltik dənizini müdafiə etməyə hazır olacağını da vurğulayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Rusiya  





Xəbər lenti