“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!
Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının “Azercell” tətbiqi ilə inteqrasiyası nəticəsində ərsəyə gəlib. Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla “Üstünlüklər” bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur. Sadələşdirilmiş aktivasiya isə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaq imkanı verir.
Xatırladaq ki, “iOS” və “Android” sistemlərini dəstəkləyən müştəri-yönümlü “Azercell” tətbiqini “AppStore” və ya “Google Play” dən yükləmək mümkündür.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/
AzVision.az
Teqlər: