Sabah hava yağmursuz olacaq
![Sabah hava yağmursuz olacaq Sabah hava yağmursuz olacaq](https://azvision.az/photos/2023/09/hava--1611724113-1695978218.jpg)
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 65-70% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
AzVision.az
Teqlər: