Əcnəbilərə göstərilən tibbi xidmətlərə görə ƏDV qaytarılacaq

Əcnəbilərə göstərilən tibbi xidmətlərə görə ƏDV qaytarılacaq
  01 Yanvar 2025    Oxunub:1035
Bu ildən əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

AzVision.az


Teqlər: vergi  





Xəbər lenti