İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi 8 nəfət saxlanılıb

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi 8 nəfət saxlanılıb
  30 Dekabr 2024    Oxunub:830
Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 8 nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb. Onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.

Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər- Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
AzVision.az

Qalereya




Teqlər: Göyçay  





Xəbər lenti