Azərbaycan lideri: "Məsələni ört-basdır etmək heç kimə başucalığı gətirməzdi"

     Azərbaycan lideri:    "Məsələni ört-basdır etmək heç kimə başucalığı gətirməzdi"
  29 Dekabr 2024    Oxunub:1152
Füzelyajın (qəzaya uğramış təyyarənin – red.) dəlik-deşik olması quş versiyasını tamamilə gündəlikdən çıxardı.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər:

"Kavyor əməliyyatı" təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra elan edilmişdi"
“Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.

Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

AzVision.az



Teqlər:  





Xəbər lenti