TƏBİB-dən evə buraxılan 9 yaralı ilə bağlı yeni açıqlama

   TƏBİB-dən evə buraxılan 9 yaralı ilə bağlı yeni açıqlama
  30 Dekabr 2024    Oxunub:809
Yeni Klinikada müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikaya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti