Azərbaycanda yağıntılı hava şəraiti qeydə alınıb

Azərbaycanda yağıntılı hava şəraiti qeydə alınıb
  31 Dekabr 2024    Oxunub:988
Milli Hidrometeorologiya Xidmətinin bu gün saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.
AzVision.az xəbər verir ki, qurumun açıqlamasaına görə, Lənkəran-Astara zonasında yağıntı intensiv xarakter daşıyıb.

Astarada düşən yağışın miqdarı 44 mm, Lənkəranda 10 mm, Şamaxı, Oğuzda 5 mm, Neftçalada 4 mm, Qəbələ, Qobustan, Şəki, Xaçmaz, Altıağac, Cəlilabad, Sabirabad, Quba, Zaqatalada 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm olub.
Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 14 sm, Qrızda 6 sm, Şahbuzda 5 sm, Qusarda 1 sm təşkil edib.

Sumqayıt, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Şamaxı, Qəbələ, Qobustan, Quba, Qusar, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta səviyyəsində qeydə alınıb.

AzVision.az


Teqlər: hava   yağış  





Xəbər lenti