Təyyarənin ərazisinə enməsinə Rusiya niyə icazə verməyib? - ŞƏRH

  Təyyarənin ərazisinə enməsinə Rusiya niyə icazə verməyib? -    ŞƏRH
  29 Dekabr 2024    Oxunub:901
Məlum olduğu kimi, dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki olan 67 nəfərdən cəmi 29-u sağ qalıb, 38 nəfər həlak olub. Həlak olanlar arasında 3 ekipaj üzvü olub, iki ekipaj üzvü sağ qalıb.
Sərnişinlərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Putin İlham Əliyevdən üzr istədi
Təyyarənin qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub. Belə ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən Ukrayna dronlarını vurmaq üçün buraxılan raket hava gəmisinin yaxınlığında partladığından qəlpələri təyyarəni zədələyib. Pilotların müraciətlərinə baxmayaraq, təyyarəyənin Rusiyanın hava limanlarına enişinə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətinə getməsi bildirilib. Həmçinin dəniz üzərində bütün uçuş boyu təyyarənin GPS naviqasiya sistemi bloklanıb.

Azərbaycan təyyarəsinin enişinə Rusiya ərazisindəki hava limanlarına enməsinə niyə icazə verilməyib?

Mövzu ilə bağlı AzVision.az -a danışan politoloq Tofiq Abbasov bildirib ki, təyyarə qəzasının araşdırılması üçün dövlət komissiyası yaradılıb:

"Komissiya hələlik bir açıqlama verməyib. Müxtəlif fərziyyələr var. Son söz hər zamankı kimi mütəxəssislərindir. Onlar bütün faktları, detalları nəzərə alırlar və vahid bir qənaətə gəlirlər. Düşünürəm ki, qəzada üçüncü qüvvələrin əli ola bilər. Onların da qayəsi dövlətlər arasında nifaq salmaqdır. Azərbaycan və Rusiya münasibətlərini pozmaq niyyəti güdürlər. Bu baxımdan dövlət komissiyasının yekun qərarını gözləmək lazımdır".

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   təyyarə   qəza   AZAL  





Xəbər lenti