Lavrov: "Gürcüstanla münasibətlərin normallaşmasına hazırıq"

   Lavrov:    "Gürcüstanla münasibətlərin normallaşmasına hazırıq"
  30 Dekabr 2024    Oxunub:717
Moskva Tbilisi ilə münasibətlərin normallaşmasına Gürcüstanın hazır olduğu qədər hazırdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair TASS-a müsahibəsində bildirib.

“Rusiya – Gürcüstan münasibətlərinin normallaşmasına Tbilisinin hazır olduğu qədər hazırıq”, – o qeyd edib.

Lavrov həmçinin vurğulayıb ki, Moskva Gürcüstanın daxili işlərinə qarışmaq niyyətində deyil.

Qeyd edək ki, Gürcüstan 2008-ci il sentyabrın 2-də Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması səbəbindən Rusiya ilə diplomatik əlaqələrini kəsib. Diplomatik əlaqələrin kəsilməsi zamanı Gürcüstan XİN Rusiya ilə konsulluq əlaqələrini saxlayacağını açıqlayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti