İsrail Suriyanın daha bir şəhərini tutub
“İşğalçı İsrail qüvvələri tanklar və zirehli texnika ilə Əl-Salam (keçmiş adı Əl-Baas) şəhərinə doğru irəliləyərək, mədəniyyət mərkəzinin, təchizat idarəsinin, dövlət enerji şirkətinin, daşınmaz əmlak bankının və taxıl anbarına çatıblar”, - qəzet yazır.
Nəşrin məlumatına görə, İsrail hərbçiləri axtarışlar aparmaq bəhanəsi ilə suriyalı dövlət qulluqçularının qurumları tərk etməsi təlkəbini qoyublar.
Ötən həftə isə Livanın “Al Mayadeen” telekanalı İsrail ordusunun Suriyanın cənubunda təxminən 600 kvadrat kilometr ərazini zəbt etdiyini və orada 13 döyüş mövqeyi yaratdığını bildirib.
Sahil İsgəndərov
AzVision.az