AQTA "e-Qidam" mobil tətbiqini istifadəyə verdi

AQTA "e-Qidam" mobil tətbiqini istifadəyə verdi
  28 Dekabr 2024    Oxunub:442
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi(AQTA) "e-Qidam" mobil tətbiqini istifadəyə verib.
AzVision.az xəbər verir ki, bu barədə AQTA-nın media nümayəndələri üçün təşkil etdiyi təlimdə məlumat verilib. Qeyd edilib ki, tətbiqin funksiyaları, istifadə qaydaları vətəndaşlar üçün asan olacaq. Məqsəd şikayətləri, müraciətləri asanlaşdırmaqdır.

Tətbiqdən istifadə edən vətəndaşlar ölkənin istənilən bölgəsində rastlaşdıqları neqativ halları, şikayətlərini mətn foto və videoları tətbiqdə açdıqları hesabları vasitəsilə AQTA-ya birbaşa çatdıra bilərlər.

Şikayət zamanı qidanın adı və satıldığı yeri bildirmək kifayətdir. Proqram hər kəs üçün əlçatandır və "Google Play" vasitəsilə yüklənilə bilər.
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti