Moldova XİN rəhbəri Azərbaycan səfirliyini ziyarət edib

Moldova XİN rəhbəri Azərbaycan səfirliyini ziyarət edib
  27 Dekabr 2024    Oxunub:305
Moldova xarici işlər naziri Mixay Popşoy AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan səfirliyini ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə nazir “X” platformasındakı paylaşımında bildirib. Diplomat Moldovanın bu çətin zamanda Azərbaycanla həmrəy olduğunu bildirib:

"Qazaxıstanın Aktau şəhərində baş vermiş faciəvi təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Azərbaycan səfirliyində başsağlığı kitabını imzalayaraq Moldovanın bu çətin zamanda həmrəy olduğunu bildirdim", - nazir vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti