Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43 %-ə yaxın artıb

Qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43 %-ə yaxın artıb
  11 Dekabr 2024    Oxunub:393
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.
AzVision.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,6 milyard ABŞ dolları) idxalı (1,2 milyard ABŞ dolları) üstələməsi nəticəsində 400 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18,9 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29,1 % artıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 1,2 milyard ABŞ dolları olub. Bunun 78,4 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

9 ayda qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 11,4 % azalaraq 25 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 57,3 % artaraq 1,4 milyard ABŞ dolları olub.

AzVision.az



Teqlər:





Xəbər lenti