İraqda 37 ildən sonra əhalinin siyahıyaalınması aparılıb
Bildirilib ki, ölkədə 37 ildə ilk dəfə keçirilən ümumi siyahıyaalmaya görə, əhalinin sayı 45,4 milyon nəfərdir. Əl-Sudani qeyd edib ki, əhalinin 50,1 faizi kişilər, 49,8 faizi isə qadınlardır.
Ölkədə hər 10 ildən bir keçirilməsi nəzərdə tutulan siyahıyaalma 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra təşkil edilə bilməmişdi. Qeyd edək ki, sonuncu siyahıyaalma 1987-ci ildə Səddam Hüseynin hakimiyyəti dövründə keçirilib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: İraq