Növbəti il sosial yardıma 457 milyon manat ayrılacaq

Növbəti il sosial yardıma 457 milyon manat ayrılacaq
  19 Noyabr 2024    Oxunub:517
Əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və bu qəbildən olan sosial tədbirlərə 2,6 milyard manat vəsait ayrılıb. Bu məbləğin 1,9 milyard manatı müavinət, təqaüd və kompensasiyalara yönəldilən vəsaitdir. Bu da cari ilin büdcəsindən 3 faiz artıqdır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, ünvanlı dövlət sosial yardım proqramına 457 milyon manat, haqqı ödənilən ictimai işlərə 200 milyon manat olaraq ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılmasına, yəni dövlət öhdəliklərinin qarşılanmasına isə cari ildən 368 milyon manat çox olaraq, 1,6 milyard manat vəsait ayrılıb. Bu xərcin Sosial Müdafiə Fondunun ümumi büdcəsində payı təqribən 20,8 faizdir.

AzVision.az


Teqlər:





Xəbər lenti