COP29 çərçivəsində yoqa sessiyası təşkil olunub

COP29 çərçivəsində yoqa sessiyası təşkil olunub
  12 Noyabr 2024    Oxunub:354
COP29 çərçivəsində yoqa sessiyası təşkil olunub.
Yoqa mütəxəssisi Cess Silvanın təlimatı ilə iştirakçılar müxtəlif yoqa duruşlarını və nəfəs texnikalarını yerinə yetiriblər. Yoqa mütəxəssisi bildirib ki, bu təlimlər insanları depressiyadan, əsəb və bir çox xəstəliklərdən xilas olmağa kömək edir. Düzgün relaksasiyanı, nəfəs almanı, məşqi, meditasiyanı, sağlam qidalanmanı və pozitiv düşünməyi öyrədir. Qeyd edilib ki, yoqa ilə məşğul olan insanlar fiziki və psixoloji cəhətdən də çox güclü olurlar.



Cess Silva diqqətə çatdırıb ki, bu məşqlərin əsas hissəsi fiziki asanalar, nəfəsalma üsulları, pranayama və daha elastik olmaq üçün meditasiyalardan ibarətdir. Təlimçi yoqanın güc və çeviklik yarada bilən ağıl və bədən təcrübəsi olduğunu vurğulayıb.



"COP29-da cəmiyyət, təbiət, insanlar və yoqa - bir sözlə hər şey var. Biz insanları təbiətimizə dəyər qatacaq fərqli məşğuliyyətlər etməyə ilhamlandırmaq istəyirik. Həmçinin insanları davamlılıq və iqlim dəyişikliyi ilə bağlı maarifləndirməyə çalışırıq. Burada olmaq çox gözəldir", - deyə C.Silva əlavə edib.



AzVision.az



Teqlər: COP29  





Xəbər lenti