İctimaiyyətə açıq olacaq Yaşıl Zona noyabrın 11-də fəaliyyətə başlayacaq

İctimaiyyətə açıq olacaq Yaşıl Zona noyabrın 11-də fəaliyyətə başlayacaq
  08 Noyabr 2024    Oxunub:1529
Yaşıl Zonanın ümumi ərazisi 37 min 500 kvadratmetrdir. Burada 56 ədəd pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus vahid stendlər olacaq.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova söyləyib.

Ərazidə dörd ədəd konfrans otağının olduğunu diqqətə çatdıran sektor müdiri deyib: “Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. Burada ikitərəfli görüşlər üçün 18 otaq, üç min nəfərlik yemək zonası və “Ekstrem Hangout” ərazisi olacaq. İctimaiyyətə açıq olacaq Yaşıl Zona öz fəaliyyətinə noyabrın 11-də başlayacaq. Bu yaxınlarda artıq “Iticket” platformasında Yaşıl Zonaya daxil olmaq üçün biletlərin satışı başlayacaq. Biletlər tamamilə pulsuzdur”.

Leyla Mahmudovanın sözlərinə görə, burada həm QHT, həm xarici, həm də yerli şirkətlər və dövlət qurumlarının gündəlik tədbirləri təşkil ediləcək. Bu tədbirlər hamısı iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı mövzulara aid olacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti