Azərbaycana turist axını 28 % artıb

   Azərbaycana turist axını 28 % artıb
  05 Noyabr 2024    Oxunub:612
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyon 209 min 720 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
AzVision.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 % çoxdur.

Təkcə oktyabrda isə ölkəyə 226 359 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 21 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox turist 630 327 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (357 615 nəfər), 3-cü yerdə isə Hindistan (201 382 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 176,9 min, Gürcüstandan 90,8 min, Səudiyyə Ərəbistandan 89,1 min, Qazaxıstandan 73,5 min, Pakistandan 66,3 min, Çindən 38,2 min, Özbəkistandan 37,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 35,2 min, Ukraynadan 30,4 min, Küveytdən 28,4 min, Türkmənistandan 27,2 min, İsraildən 25,6 min turist gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti