Cəbrayılda növbəti əmək yarmarkası təşkil olunacaq

Cəbrayılda növbəti əmək yarmarkası təşkil olunacaq
  02 Noyabr 2024    Oxunub:345
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.
AzVision.az xəbər verir lki, Əmək və Sosila Müdafiə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin açıqladığı məlumata görə, yarmarka noyabrın 7-də saat 10:30-dan 12:00-a kimi Cəbrayıl şəhərində, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.

Tədbirdə 5 müəssisə tərəfindən işaxtaran şəxslərə müxtəlif isahələr üzrə 125 vakansiya təqdim olunacaq. Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.

AzVision.az


Teqlər: Cəbrayıl   əmək   yarmarka  





Xəbər lenti