Qərbi Azərbaycan İcmasında görüş keçirildi — FOTOLAR
Məlahət İbrahimqızı bildirib ki, bu deportasiyalardan sonra qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi- mədəni irsi, o cümlədən 300-dən çox məscid, saraylar, qala və karvansaralar, o cümlədən 500-ə yaxın qəbristanlıq da yerlə yeksan edilib.
Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, bu əməllərə Ermənistan tərəfindən son verilməli olduğunu deyib.
İcmanın şöbə müdiri Ülviyyə Zülfiqar dünyanın bütün ölkələri, o cümlədən ABŞ-da da qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini, beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində əməkdaşlıq edilməli olduğunu vurğulayıb.
Pastor Bob Roberts bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl qərb mediasından eşitmiş olsa da indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumata malik oldu. O Azərbaycandakı tolerantlıq səviyyəsinin yüksək olduğunu bildirərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə olmalı olduğuna diqqət çəkib.
AzVision.az
Teqlər: