Rusiya Finlandiyaya etiraz notası göndərdi

Rusiya Finlandiyaya etiraz notası göndərdi
  29 Oktyabr 2024    Oxunub:694
Rəsmi Moskva Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
AzVision.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik nümayəndəliyi məlumat yayıb.

“Səfirlik Finlandiyada Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Oktyabrın 29-da Finlandiyanın Məhkəmə İcraçıları Xidmətinə xidmətin məhdudlaşdırıcı tədbirlər gördüyü 40-dan çox obyektin siyahısı daxil olub. Bütün qeyd olunan daşınmaz əmlak Rusiya Federasiyasına məxsusdur”, - məlumatda qeyd olunub.

Səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək, respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirib:

“Ümid edirik ki, Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacaq”.

AzVision.az



Teqlər:





Xəbər lenti