İlham Əliyev Sudanın Sədrinə təbrik məktubu göndərib

 İlham Əliyev Sudanın Sədrinə təbrik məktubu göndərib
  01 Yanvar 2025    Oxunub:903
Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Əbdülfəttah Əl-Bürhan Əbdürrəhman Əl-Bürhana təbrik məktubu göndərib.
AzVision.az məktubu diqqətə çatdırır:

"Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: Prezident   təbrik   Sudan  





Xəbər lenti