Yağışla əlaqəli bəzi çaylarda sululuq artıb

Yağışla əlaqəli bəzi çaylarda sululuq artıb
  28 Oktyabr 2024    Oxunub:570
Yağan yağıntılarla əlaqədar Respublikanın bəzi çaylarında sululuq artıb.
AzVision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində yağan yağıntılarla əlaqədar Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm, Böyük Qafqazın ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 11, Bərgüşadçayda 2, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayda isə 2 sm artm qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti