Azərbaycanın turizm imkanları BƏƏ-də təbliğ olunub

Azərbaycanın turizm imkanları BƏƏ-də təbliğ olunub
  24 Oktyabr 2024    Oxunub:739
Oktyabrın 20-23-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) 63-cü konqresində Azərbaycanın işgüzar turizm potensialı tanıdılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Konqresdə işgüzar turizm imkanlarını təbliğ etmək və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) təmsil edib.

İşgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentliklərlə keçirilən görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib.

Qeyd edək ki, ICCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlarından biridir. Onun üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərən mindən çox beynəlxalq görüşlər sənayesi bazarı təmsilçiləri daxildir.

Assosiasiyanın məqsədi beynəlxalq konqres təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən qurumları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını yeniləməkdir.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti