FHN-in əməkdaşları su basmış ərazilərdən vətəndaşları təxliyə edib - VİDEO

FHN-in əməkdaşları su basmış ərazilərdən vətəndaşları təxliyə edib    - VİDEO
  22 Oktyabr 2024    Oxunub:1138
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti