"Emreli məni heyran etdi" - Kloze

"Emreli məni heyran etdi"    - Kloze
  21 Oktyabr 2024    Oxunub:1217
"Mahir Emrelinin vurduğu qol işimizi asanlaşdırdı".
AzVision.az xəbər verir ki, bunu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniyanın II Bundesliqasının IX turunda "Qroyter Fyurt"a səfərdə 0:4 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Mütəxəssis komandanın hücumçusu haqqında xoş ifadələr işlədib:

"Mahir Emrelinin və futbolçuların oyuna olan münasibəti məni heyran etdi. Matç ərzində fantastik oyun göstərdilər. Biz də belə oyun istəyirdik. Bu məni çox sevindirdi".

Almaniyalı baş məşqçi Mahir Emreli və Stefanos Tsimas tandeminin uğurlu alındığını vurğulayıb:

"Mahir Emreli zədədən çox əziyyət çəkmişdi. Amma ona vaxt verdik".

Mahir Emreli də klubun rəsmi saytına müsahibəsində vurduğu qol barədə fikirlərini bölüşüb:

"Biz bütün həftə bu oyuna həm psixoloji, həm də taktiki cəhətdən hazırlaşmışdıq. Qalib gələ bildiyimiz üçün şadam. Yan Rayxertə (qapıçı - red.) görə xüsusilə şadam. O, başqa matçlarda bizi bir dəfədən çox xilas etmişdi. Vurduğum qola gəldikdə, qol vurmağı xoşlayıram. Bu, bəlkə də, karyeramın ən gözəl qollarından biridir. Amma ən vacib olan derbidə qalib gəlməkdir. Bu tip oyunları xoşlayıram. Mən artıq bir neçə derbidə oynamışam. Onlar həmişə emosiya ilə doludur və bunu bəyənirəm. Bu matçlar həmişə bir az xüsusi olur. Azarkeşlərə belə qələbə bəxş etmək təsvirolunmaz hissdir".

Qeyd edək ki, Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb.
AzVision.az



Teqlər:





Xəbər lenti