Samuxda zəlzələ olub

Samuxda zəlzələ olub
  20 Oktyabr 2024    Oxunub:953
Oktyabrın 20-də Gəncə stansiyasından 34 kilometr şimal-şərqdə - Samux rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AzVision.az -a verilən məlumata görə, yerli vaxtla saat 14:00-da qeydə alınan yeraltı təkanların maqnitudası 3-ə bərabər olub.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti