Tağı Əhmədov 76 yaşında vəfat edib

Tağı Əhmədov 76 yaşında vəfat edib
  18 Oktyabr 2024    Oxunub:299
“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.

AzVision.az xəbər verir ki, bu barədə yaxınları məlumat verib.

Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.

AzVision.az





Teqlər:





Xəbər lenti