Futbol ulduzu cinsi zorakılıqda ittiham olunur

      Futbol ulduzu    cinsi zorakılıqda ittiham olunur
  15 Oktyabr 2024    Oxunub:349
Fransalı futbolçu Kilian Mbappe seksual təcavüzdə “əsaslı şübhələr”ə görə istintaqa cəlb olunub. Prokurorluq artıq araşdırmaya başlayıb.
AzVision.az “Expressen” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, keçən həftə İsveçin paytaxtına gözlənilməz səfərə gələn Kilian Mbappe cümə axşamı günü səhərə qədər Stokholmun mərkəzində əylənərkən diqqəti cəlb edib.

Hazırda Madridin “Real” komandasının idman şərəfini qoruyan 25 yaşlı hücumçu Stokholmun dəbdəbəli Estermalm rayonundakı “Chez Jolie” restoranında nahar etdikdən sonra V adlı gecə klubuna gedib.

Qəzetə xəbər verən mənbənin bildirdiyinə görə, polisin hesabatına əsasən, iddia edilən cinsi təcavüz cümə axşamı, oktyabrın 10-da baş verib. Cinayətin törədilməsi ilə bağlı polisə şikayət ərizəsi 2 gün sonra daxil olub. Polis sözçüsü Daniel Vikdal hazırda bu işlə prokuror məşğul olur. Zorlama iddialarını ilk dəfə dərc edən İsveçin “Aftonbladet” qəzeti cinsi təcavüzün Mbappenin qaldığı oteldə baş verdiyini bildirib.

İttihama münasibət bildirən futbol ulduzu əvvəllər heyətində oynadığı Fransanın “PSJ” klubundan 55 milyon avro borcunu almaq üçün dinləmədən əvvəl məhz belə hekayənin mediaya sızdığına eyham vurub.

“Uydurma xəbərdir. Bunun dinləmə ərəfəsində, sanki təsadüfən olduğu kifayət qədər proqnozlaşdırılandır”, - hücumçu Kilian Mbappe “X” sosial şəbəkəsində yazıb.

AzVision.az


Teqlər: Mbappe   zorlama  





Xəbər lenti