Nikaraqua prezidenti Zelenskini “Hitlerin oğlu” adlandırıb

   Nikaraqua prezidenti Zelenskini    “Hitlerin oğlu”    adlandırıb
  15 Oktyabr 2024    Oxunub:321
Nikaraqua prezidenti Daniel Orteqa qalmaqallı çıxışı ilə gündəmə çevrilib. O, Volodimir Zelenskini Rusiya ilə müharibə aparmaq istəyinə görə “Hitlerin oğlu” adlandırıb.
Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, prezidentin radikal ittihamları yerli “Canal 6” telekanalında yayımlanıb.

Vətəndaşların Zelenskiyə etimadı xeyli azalıb
"O, daha bir nasist, "Hitlerin oğlu" sayılır. Hansı ki, NATO-nu Rusiya ilə müharibəyə sürükləmək istəyir”, - Orteqa qeyd edib.

Nikaraqua lideri xatırladıb ki, Hitler də Sovet İttifaqına hücumda uğur qazanacağını düşünürdü. Lakin faşistlərin idealı SSRİ xalqının dözümlülüyünü qiymətləndirməyib. Siyasətçi sovet xalqını “qəhrəman və cəsur” adlandırıb: "Onlar (SSRİ xalqı - red.) qəhrəmancasına müqavimət göstərdilər, özlərini müdafiə etdilər. Bu xalqlar nasistləri məğlub edənə qədər vuruşdular".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Nikaraqua  





Xəbər lenti