Tokayev: "Bakı-İrəvan danışıqları üçün platforma yaratmağa hazırıq"

      Tokayev:    "Bakı-İrəvan danışıqları üçün platforma yaratmağa hazırıq"
  15 Oktyabr 2024    Oxunub:350
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkəyə səfərə getmiş erməni həmkarı Vaaqn Xaçaturyanla görüşüb.
Bu barədə yerli mətbuat məlumat yayıb. Tərəflər qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi-ticari, nəqliyyat-logistika, kənd təsərrüfatı, maliyyə və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri üzrə müzakirə aparıblar.

Tokayev həmçinin Azərbaycan və Ermənistan sülh sazişi danışıqları məsələsinə toxunaraq, Qazaxıstan tərəfinin bu danışıqlar üçün Almatı platformasını yenidən irəli sürməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Qazaxıstanın vasitəçiliyi ilə mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar baş tutmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   Ermənistan   Azərbaycan  





Xəbər lenti