"Çoxsaylı böhranlarla mübarizə aparan, indi isə müharibənin çənginə keçən kiçik ölkədə bütöv bir nəsli itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Məni heyrətə gətirən odur ki, bu müharibə cəmi üç həftə qabaq başlayıb, amma görün neçə uşaq onun ziyanını çəkir. Ümumilikdə 1,2 milyon uşaq təhsildən məhrum qalıb. Məktəb binaları ya yararsız hala gətirilib və ya məcburən sığınacaq kimi işlədilir", - o bildirib.
Borrel: "Livan əhalisinin 20%-i didərgin düşüb" |
Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, münaqişə nəticəsində Livan əhalisinin 20%-i didərgin düşüb.
Firudin Həmidli
AzVision.az