Bu ilin 8 ayında 96 üçəm doğulub

   Bu ilin 8 ayında 96 üçəm doğulub
  15 Oktyabr 2024    Oxunub:723
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 68129 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,0-a düşüb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub.

AzVision.az


Teqlər:





Xəbər lenti