Gömrükçülər dərman vasitələri aşkar edib

Gömrükçülər dərman vasitələri aşkar edib
  14 Oktyabr 2024    Oxunub:714
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edib.
AzVision.az bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən rentgen qurğusu vasitəsilə ona məxsus baqaj yüklərinə baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən 13 adda 1034 ədəd dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti