Tramp: “Daxili düşmənlər xarici düşmənlərdən daha təhlükəlidir”

      Tramp:    “Daxili düşmənlər xarici düşmənlərdən daha təhlükəlidir”
  14 Oktyabr 2024    Oxunub:790
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-da “daxili düşmən”lərə qarşı ordunun köməyi ilə mübarizə aparmağı təklif edib.

AzVision.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd respublikaçı Donald Tramp noyabrda keçiriləcək seçkilər zamanı radikal solçu qüvvələrə qarşı mübarizədə Milli Qvardiyanın döyüşçülərindən və ya silahlı qüvvələrdən istifadə olunmasının mümkünlüyünü istisna etməyib.

“Bizdə (ABŞ-də) çox pis insanlar, xəstə insanlar - solçu dəlilər var. Düşünürəm ki, Milli Qvardiya və ya həqiqətən lazım gələrsə, hərbçilər onlarla çox asanlıqla məşğul ola bilər. Daxildəki düşmən isə, məncə, Çindən, Rusiyadan və bütün bu ölkələrdən daha təhlükəlidir”, - ABŞ-nin sabiq prezidenti “Fox News” telekanalına müsahibəsində seçkinin necə keçəcəyi və həmin vaxt “xaos”un olub-olmayacağı ilə bağlı suala belə cavab verib.

Onun bu bəyanatına reaksiya verən rəqibi Kamala Harrisin seçki qərargahı Trampın “təhlükəli bir şey” təklif etdiyini və onu prezidentliyə qayıtmasının “sadəcə amerikalıların ödəyə bilməyəcəyi bir risk olacağını” iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   düşmənlər   ordu  





Xəbər lenti