Kürəyindən güllələnən erməni əsgərlə bağlı araşdırmalara başlanıldı

 Kürəyindən güllələnən erməni əsgərlə bağlı araşdırmalara başlanıldı
  14 Oktyabr 2024    Oxunub:757
Ermənistanın Mehri rayonundakı hərbi hissədə xidmətdə olmuş əsgər Aqasi Dallakyanın ölümü ilə bağlı məsələlər bir sıra qurumların nəzarətinə götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, İstintaq Komitəsi hərbi hissədə baş vermiş faciə ilə bağlı araşdırmalara başlayıb.

"İstintaq tədbirləri çərçivəsində Mehridə hadisə yerinə baxış keçirilib və məhkəmə-tibbi ekspertizası təyin edilib. Daxili İşlər Nazirliyinin polis bölmələrinə və Hərbi Polisə xüsusi tapşırıqlar verilib.Dallakyanın bir sıra əsgər yoldaşları, eləcə də bölmə zabitləri dindirilib. İstintaq davam edir",- Sputnik Armeniya yazıb.

Xatırladaq ki, dünən Müdafiə Nazirliyi faciəvi əsgər ölümü ilə bağlı məlumat yaymışdı. Qeyd edilib ki, oktyabrın 13-də saat 09:30 radələrində hərbi hissələrdən birində kürəyindən güllə yarası almış əsgər meyiti aşkarlanıb. Bu, hərbçi Aqasi Dallakyan olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti