Avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək - XƏBƏRDARLIQ

   Avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək -    XƏBƏRDARLIQ
  13 Oktyabr 2024    Oxunub:454
Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir.

“2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcəkdir.

Bu məqsədlə bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.

Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir.

Daha ətraflı məlumat yaxın zamanda veriləcəkdir”, - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti