Ermənistanda referendum üçün imza yığa bilmirlər

   Ermənistanda referendum üçün imza    yığa bilmirlər
  12 Oktyabr 2024    Oxunub:332
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum üçün imza toplamağa başlayan parlamentdənkənar qüvvələr aralıq nəticələrdən narazıdırlar.
AzVision.az “Jovohurd” qəzetinə istinadən xəbər verir ki, imza toplanması prosesi sentyabrın 16-da başlayıb, lakin təşəbbüskarlar nəticələrdən narazıdırlar. Qəzet onlardan öyrənib ki, gözləntilər xeyli yüksək olsa da, indiyədək səslərin 2/3-ü (tələb olunan 50 mindən 33 mini) toplanıb.

Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında qanun layihəsi noyabrın 14-dək yalnız 50 min imza toplanacağı təqdirdə parlamentə daxil olacaq.

“İmza toplanmasının təkcə İrəvanda deyil, Ermənistanın digər şəhərlərində də aparıldığını nəzərə alsaq, toplanan imzaların sayı, yumşaq desək, o qədər də ümidverici deyil. Layihə rədd edilərsə, 60 gün ərzində Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsi üçün artıq 300 min səs tələb olunacaq”, - qəzet yazır.

Nəşr bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan partiya yoldaşları ilə qapalı görüşündə şərt şəkildə “Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendum keçirilə bilməz” dediyi üçün qanun layihəsi parlamentdə böyük ehtimalla rədd ediləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   referendum  





Xəbər lenti