Tanınmış din xadimi Xameneini tənqid etdiyi üçün həbs olundu

Tanınmış din xadimi Xameneini tənqid etdiyi üçün həbs olundu
  12 Oktyabr 2024    Oxunub:1199
İranda tanınmış din xadimi Cavad Mühəqqiq Yəzdi ölkənin ali rəhbəri Əli Xameneini və hökumətin siyasətini tənqid etdiyi üçün saxlanılıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran mediasına istinadla xəbər verib.

Məlumata görə, bir müddət öncə din xadimi İranın ali rəhbəri ilə bağlı belə bir açıqlama vermişdi:

"Əgər Əli Xamenei öz oğullarını Livan və Qəzzaya göndərsə, mən də getməyə hazıram. Xalqın övladlarını ölümə göndərirsiniz, öz övladlarınız üçün isə mühafizəçi tutursunuz".

Xatırladaq ki, İranda son illərdə tənqidçi din xadimləri həbs qərarları ilə üzləşirlər.
AzVision.az


Teqlər: İran  





Xəbər lenti