Prokurorluq tələbələrin zəhərlənməsi ilə əlaqədar araşdırma aparır

Prokurorluq tələbələrin zəhərlənməsi ilə əlaqədar araşdırma aparır
  11 Oktyabr 2024    Oxunub:939
Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti