Siqal "DXR"də əsir azovçulara baş çəkib - VİDEO

Siqal "DXR"də əsir azovçulara baş çəkib    - VİDEO
  10 Oktyabr 2024    Oxunub:295
Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası ilə ABŞ arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsini tutan amerikalı aktyor və rejissor Stiven Siqal qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) Elenovka kəndində olub.
O, burada “Azov” batalyonunun əsir götürülmüş əsgərlərinə baş çəkib.

Görüşün videoyazısını VGTRK telekanalı yayıb. Görüntülərdə Siqal dəmir barmaqlığı xatırladan hündür hasardan tutaraq Ukrayna hərbçiləri ilə ünsiyyət qurur. Əvvəlcə döyüşçülərdən qarşılarında kimin olduğunu bildiklərini soruşub. Onlar koloniyada saxlanma şəraitindən danışıblar.

"Bizimlə yaxşı davranırlar, kifayət qədər yaxşı münasibət var. Şikayət ediləcək bir şey yoxdur. Məncə, şərtlər məqbuldur", - əsirlərdən biri deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti