Qallant: "İrana hücumumuz gözlənilməz olacaq" - VİDEO

         Qallant:    "İrana hücumumuz gözlənilməz olacaq" -    VİDEO
  10 Oktyabr 2024    Oxunub:342
"İrana qarşı növbəti zərbələrimiz ölümcül, sərrast və gözlənilməz olacaq".
Bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant yerli mediada yayımlanan videomüraciətdə dilə gətirib.

"Kim bizə hücum çəkərsə, əvəzini ağır ödəyəcək. Nə baş verdiyini, necə baş verdiyini anlamayacaqlar, yalnız nəticəsini görəcəklər", - o vurğulayıb.

Digər tərəfdən, ölkənin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Haris arasında uzun müddətin ardınca telefon danışığı baş tutub. Bayden İsrailin Livanda "Hizbullah"a qarşı quru əməliyyatı çərçivəsində mülki şəxslərin zərər görməmələri üçün tədbirlər həyata keçirməyin vacibliyini vurğulayıb.
"Hizbullah"ın daha 2 komandiri öldürülüb - VİDEO

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, bu da Yaxın Şərqdə ümumi vəziyyəti daha da gərgin hala gətirib. Münaqişə fonunda Livanda 1,2 milyon insan öz yurd-yuvasından didərgin düşərək təhlükəsiz ərazilərə sığınmağa məcbur qalıb.


Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   ABŞ   münaqişə   danışıqlar  





Xəbər lenti