Bayden Krıma görə Obamaya qəzəblənibmiş

   Bayden Krıma görə Obamaya qəzəblənibmiş
  10 Oktyabr 2024    Oxunub:349
ABŞ prezidenti Co Bayden Krımın Rusiya tərəfindən işğalı ilə bağlı keçmiş prezident Barak Obamanın fəsaliyyətini tənqid edib.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” qəzetinin redaktorunun müavini Bob Vudvordun yazdığı “Müharibə” kitabında belə deyilir.

Əsərdə Baydenin Rusiyanın 2014-cü ildə Krımı və Donbassın bəzi hissələrini ələ keçirdiyi vaxt Vladimir Putinin Ukraynada əvvəlki işğal siyasəti ilə bağlı Obamanın rəftarına dair tənqidi təfərrüatları əks olunub. O zaman Co Bayden özü vitse-prezident vəzifəsini icra edirdi.

“Barak heç vaxt Putini ciddi qəbul etməyib”, - Bob Vudvord Baydenin öz yaxın dostu arasında dekabrda etdiyi söhbətə istinadən yazıb. Daha sonra Bayden Putinin Ukraynadakı hərəkətləri ilə bağlı Obamanı fəaliyyətsizlikdə ittiham edib.

Obama ilə danışıq zamanı qəzəblənən Bayden bildirib ki, 2014-cü ildə Putinin ora girməsinə heç vaxt icazə verməməli idilər və ABŞ bunun üçün heç nə etməyib.

ABŞ müdaxilədən çox əvvəl Putinin planlarından xəbərdar olub
Qeyd edək ki, 2018-ci ilin sentyabrında işıq üzü görmüş “Qorxu. Tramp Ağ Evdə” adlı qalmaqallı əsərin müəllifi olan, həmçinin 1972-1974-cü illərdə Karl Bernşteynlə birlikdə “Uoterqeyt qalmaqalı”nın işıqlandırılmasında fəal iştirak edən Bob Vudvord “Müharibə” kitabında 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən xeyli əvvəl ABŞ-nin Putinin planlarından xəbərdar olduğunu da yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bayden   Obama   tənqid  





Xəbər lenti