İranlı deputatlar nüvə silahının yaradılması ilə bağlı müraciət hazırladılar

İranlı deputatlar nüvə silahının yaradılması ilə bağlı müraciət hazırladılar
  09 Oktyabr 2024    Oxunub:299
İran parlamentinin 39 nəfərdən ibarət qrupu ölkənin Ali Milli Təhlükəsizlik Şurasını nüvə silahının hazırlanmasına icazə verməyə çağırıb.
Bu barədə Didban Iran məlumat yayıb. Nəşr müraciətin təşəbbüskarı, deputat Həsənəli Əxlaqi Əmiriyə istinad edib.

"İranın nüvə silahı sahəsində müdafiə siyasətinə yenidən baxılmasını tələb edən məktub Ali Milli Təhlükəsizlik Şurasına göndərilib, bu məktub artıq 39 deputat tərəfindən imzalanıb",- o, qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti